Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 12 Aprel 2021 17:16
Almaniya Kansleri Angela Merkel koronavirusa qarşı peyvənd qeydiyyatını ləğv edib.
Sonxeber.net vurtualaz.org-a istinadən bildiri ki, Kanslerin Xristian Demokratik Birlik və Xristian Sosial Birlik blokunun qapalı iclasında iştirak etməsi səbəbindən bu günə təyin olunan peyvənd qeydiyyatı ləğv olunub.
Onun İsveç-İngiltərə istehsalı "AstraZeneca" vaksini ilə peyvənd olunacağı planlaşdırılırdı.
Qeyd edək ki, daha əvvəl Almaniya hökumətinin sözçüsü Ulrike Demmer Merkelin yaxın zamanlarda koronavirusa qarşı peyvənd olunacağını açıqlamışdı.