Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Fransa-Azərbaycan Universitetinin tələbələri RSXM-nin poliqonlarında təcrübə keçəcəklər

Fransa-Azərbaycan Universitetinin tələbələri RSXM-nin poliqonlarında təcrübə keçəcəklər

Tarix: 29 Iyul 2019 14:56

Bakı. Trend:

Bakıda fəaliyyət göstərən Fransa-Azərbaycan Universitetinin direktoru, dosent Vazeh Əsgərov AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzində (RSXM) olub.

Trend-in məlumatına görə, RSXM-nin baş direktoru, AMEA-nın müxbir üzvü, professor Qurban Yetirmişli ilə keçirilən görüşdə ikitərəfli əməkdaşlıq məsələləri, Fransa-Azərbaycan Universiteti tələbələrinin RSXM-nin bazasından istifadə etməklə yay təcrübi praktikasının keçirilməsinə hazırlıqla bağlı məsələlər müzakirə olunub.

Qeyd edək ki, Strasburq Universitetinin və Fransa-Azərbaycan Universiteti rəhbərliyinin təşəbbüsü ilə bu ali məktəbin Yer elmləri ixtisası istiqamətində təhsil alan tələbələri təcrübi praktikanı mərkəz əməkdaşlarının ekspedisiya apardıqları poliqonlarda keçəcəklər.

Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin


Etiketlər:  Fransa Azərbaycan Universitetinin tələbələri RSXM poliqonlarında təcrübə keçəcəklər


RƏYLƏR