Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 13 Aprel 2021 13:44
Şəki Ağır Cinayətlər Məhkəməsinin hakimi koronavirusdan ölüb.
Sonxeber.net baku ws-ə istinadən xəbər verir ki, Rəşid İnqilab oğlu Hüseynov bir müddət əvvəl koronavirusa yoluxub.
O bu gün müalicə aldığı xəstəxanada vəfat edib.
Qeyd edək ki, R.Hüseynov uzun müddət prokurorluq orqanlarında çalışıb. 2008-ci ildən isə hakimlik faəliyyəti ilə məşğul olub.