Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 29 Iyul 2019 17:06
Bakı. İlhamə İsabalayeva - Trend:
Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) Respublika üzrə fitosanitar müşahidələri davam etdirir. Növbəti müşahidələr Samux rayonunda həyata keçirilib.
AQTA-dan Trend-ə verilən məlumata görə, Agentliyin əməkdaşları tərəfindən Samux rayonunda “Kaberne”, “Şiraz”, “Mədrəsə”, “Şardone”, “Rkasiteli”, “Merlo”, “Saperavi” və s. üzüm sortları yetişdirilən 309 ha texniki üzüm bağında monitorinq aparılıb.
Müşahidələr zamanı 24 ha “Rkasiteli” texniki sortu yetişdirilən üzüm bağının 1 ha-da Salxım yarpaqbükəni (Törədici Polychrosis botrane Schiff.) zərərvericisinə sirayətlənmə halları aşkar edilib.
Ərazidə Salxım yarpaqbükəni zərərvericisinə qarşı kimyəvi mübarizə tədbirləri həyata keçirilib və bağ Agentliyin fitosanitar mütəxəssisləri tərəfindən nəzarətə götürülüb.
Qeyd edək ki, Salxım yarpaqbükəninin tırtılları üzümün yetişmə mərhələsində bir gilədən digərinə keçərək, məhsulun zədələnməsinə və çürüməsinə səbəb olur.
Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin