Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

“Qarabağ” onu transfer edir – İtaliyadan yeni iddia

“Qarabağ” onu transfer edir – İtaliyadan yeni iddia

Tarix: 29 Iyul 2019 17:24

İtaliya mətbuatı “Udinezi”nin qapıçısı Simone Skuffetlə bağlı yeni iddia irəli sürüb.

Qol.az-ın xəbərinə görə, “Tutto Udinese” saytı bu gün yazıb ki, o, “Qarabağ”a keçməyə yaxındır. Bildirilib ki, hazırda futbolçunun maaşı ilə bağlı detallar razılaşdırılır. Skuffetin Ağdam klubuna icarə əsasında transfer olunacağı qeyd olunub.

Xatırladaq ki, bir neçə gün əvvəl İtaliyanın "La Gazzetta dello Sport" nəşri də “Qarabağ”ın "Kasımpaşa"dan altı aylıq icarədən qayıdan 23 yaşlı qapıçıya təklif göndərdiyini yazmışdı. Daha sonra isə belə bir məlumat yayıldı ki, Ağdam klubu 23 yaşlı qolkiperi sonradan birdəfəlik əldə edə bilməsi şərt ilə icarəyə götürmək istəyib. Bunun üçün qarşı tərəfə 500 min avro təklif edilib, ancaq italyanların bu təkliflə razılaşmayıb. Buna görə də klubu ona başqa komanda axtarışına çıxıb.

Əlavə edək ki, Skuffet İtaliya U-21 millisinin qapıçısı olub.

 


Etiketlər:  Qarabağ onu transfer edir İtaliyadan yeni iddia


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ