Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Bədii gimnastlarımız Dünya Kubokunda iştirak edib

Bədii gimnastlarımız Dünya Kubokunda iştirak edib

Tarix: 18 Aprel 2021 15:38

16-18 aprel tarixlərində Özbəkistanın Daşkənd şəhərində bədii gimnastika üzrə Dünya Kuboku keçirilib.

Azərbaycan Gimnastika Federasiyasından verilən məlumata görə, bu kubokda ölkəmizi bədii gimnastika üzrə yığma komandanın üzvləri Arzu Cəlilova və Nərminə Səmədova təmsil edib.

Gənc gimnastlarımızın çoxnövçülük üzrə çıxışlarının toplam nəticələrinə əsasən Nərminə 33-cü, Arzu isə 37-ci yerdə qərarlaşıb. Alətlər üzrə yarışlarda Nərminə ən yaxşı nəticəni halqa ilə (24-cü yer), Arzu isə gürzlərlə (18-ci yer) nümayiş etdirib.

Milli.Az


Etiketlər:  Bədii gimnastlarımız Dünya Kubokunda iştirak edib


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ