Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 18 Aprel 2021 21:22
Türkmənistan Prezidenti Qurbanqulu Berdiməhəmmədovun atası Malikqulu Berdimuhamedov 88 yaşında vəfat edib.
Sonxeber.net APA-ya istinadən xəbər verir ki, bu barədə Türkmənistan dövlət televiziyası məlumat yayıb.
Qeyd edək ki, M.Berdimuhamedov 1932-ci il avqustun 12-də anadan olub. O, 1982-ci ildə Daxili İşlər Nazirliyindən polis polkovnik-leytenantı rütbəsində ehtiyata buraxılıb. Türkmənistan DİN-in 1001 saylı hərbi hissəsinə və nazirliyin Aşqabaddakı yaşayış kompleksinə onun adı verilib.