Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Polşada Varşava gettosunda baş verən qiyamın ildönümü qeyd olunur

Polşada Varşava gettosunda baş verən qiyamın ildönümü qeyd olunur

Tarix: 19 Aprel 2021 20:56

Polşanın paytaxtında Varşava gettosunda baş verən qiyamın 78-ci ildönümü qeyd olunur.

Sonxeber.net AZƏRTAC-a istinadən bildirir ki, ənənəyə əsasən, günorta Polşa paytaxtında sirenalar səsləndirilib. Eyni zamanda, yol hərəkəti dayanıb, nəqliyyat vasitələrinin sürücüləri isə siqnal çalmağa başlayıblar.

Koronavirus epidemiyası ilə əlaqədar Varşavada qiyamın ildönümü ilə əlaqədar kütləvi tədbirlər dar çərçivədə təşkil olunub. Buna baxmayaraq, tədbirlərdə Polşa Prezidenti Anjey Dudanın iştirakı gözlənilir.

Varşava qiyamının rəmzi sarı nərgiz çiçəyidir. Könüllülər yoldan keçən insanlara kağızdan hazırlanmış sarı nərgiz paylayır. Bir çox insan paltarlarına sarı altıguşəli ulduz taxır. Polşa paytaxtının sakinləri müxtəlif abidələrə və xatirə lövhələrinə gül-çiçək qoyurlar.

Qeyd edək ki, Varşava gettosu İkinci Dünya müharibəsi illərində almanlar tərəfindən qurulan ən böyük getto idi. Burada təxminən 450 min məhbus yerləşdi. 1942-ci ilin yayında nasistlər gettonun demək olar ki, bütün əhalisini məhv etdilər. 1943-cü ilin aprelinə qədər burada 60 minə yaxın insan qalmışdı. Onlardan 30 mini "rəsmi" sakin, bir o qədəri isə basqınlardan qaçanlar idi. Vəziyyətlərinin ümidsiz olduğunu anlayan bir neçə anti-faşist təşkilatın üzvləri əllərində silah ölümə getmək qərarına gəldilər. Onlar aprelin 19-da SS qrupuna hücum etdilər. Qiyam bir neçə həftə davam etsə də, amansızca yatırıldı. Nasistlər qələbə əlaməti olaraq Böyük Varşava Sinaqoqunu partlatdılar.


Etiketlər:  Polşada Varşava gettosunda baş verən qiyamın ildönümü qeyd olunur


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ