Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Koronavirusun növləri ilə vaksiyanisiya arasında müharibəni uduzuruq

Koronavirusun növləri ilə vaksiyanisiya arasında müharibəni uduzuruq

Tarix: 20 Aprel 2021 09:00

Kanadada epidemiya başlayandan bəri ilk dəfə əhaliyə nisbətdə ABŞ-dan çox yoluxma hadisəsi qeydə alınıb. Bildirilir ki, ölkədə əhalinin ən sıx yaşadığı Ontario şəhərində yoluxma halı iyun ayına kimi 600 faiz arta bilər.

Ontarionun yerli hökumət başçısı Daq Ford  "Koronavirusun növləri ilə vaksinasiya arasında müharibəni uduzuruq. İradəli olarsaq, bu vəziyyət tərsinə doğru dəyişər", - deyib.

Sonxeber.net oxu.az-a istinadən bildirir ki, ölkədə koronavirusa qarşı tədbirlər çərçivəsində Ontario polisi sürücüləri və piyadaları saxlayaraq, küçədə olma səbəbini və ünvanlarını soruşa biləcək. Qaydalara uymayan şəxslər 600 dollar (1020 manat) cərimələnəcək.

Şəhərdəki yoluxmaların 2/3-ni koronavirusun yeni növləri, xüsusən də "Britaniya ştammı" təşkil edir. Mütəxəssislər vaksinasiyadan əlavə daha sıx tədbirlər görülməyəcəyi təqdirdə Ontariodakı yeni yoluxma hallarının gündə 30 minə yüksələ biləcəyini deyiblər.


Etiketlər:  Koronavirusun növləri ilə vaksiyanisiya arasında müharibəni uduzuruq


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ