Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

''Qarabağ''ın ÇL-də potensial rəqibi müəyyənləşdi - Yenilənib

''Qarabağ''ın ÇL-də potensial rəqibi müəyyənləşdi - Yenilənib

Tarix: 30 Iyul 2019 23:12

Bu gün Çempionlar Liqasında 2-ci təsnifat mərhələsinin cavab oyunlarına start verilib.

Qol.az xəbər verir ki, "Qarabağ" İrlandiyanın “Dundalk” klubunu mübarizədən kənarlaşdıracağı təqdirdə APOEL (Kipr) – “Sutyeska” (Monteneqro) cütünün qalibi ilə qarşılaşacaqdı. İlk oyunda 1:0 qalib gələn kiprlilər ev matçında da 3:0 hesabı ilə rəqibini məğlub edib.

Beləliklə, APOEL ÇL-in üçüncü təsnifat mərhələsində "Qarabağ" - "Dundalk" cütünün qalibi ilə üz-üzə gələcək.

Qeyd edək ki, “Qarabağ” və “Dundalk” arasında cavab görüşü  sabah “Dalğa Arena”da keçiriləcək. İrlandiyadakı oyunda 1:1 hesablı heç-heçə qeydə alınıb.

Xatırladaq ki, bu cütünün məğlubu Avroliqanın üçüncü təsnifat mərhələsində "Slovan"la (Slovakiya) qarşılaşacaq.

Çempionlar Liqası

30 iyul

21:00. APOEL (Kipr) – “Sutyeska” (Monteneqro) - 3:0
Qollar:
Pavloviç, 12, 25, 66
İlk oyun - 1:0

 


Etiketlər:  Qarabağın potensial rəqibi müəyyənləşdi Yenilənib


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ