Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Sürücülük vəsiqəsi üçün 15 min rüşvət verdi - Qalmaqal yaratdı

Sürücülük vəsiqəsi üçün 15 min rüşvət verdi - Qalmaqal yaratdı

Tarix: 20 Aprel 2021 16:04

Fransalı biznesmenin həyat yoldaşı belçikalı supermodel Ceyd Fore sürücülük imtahanından uğurla keçmək üçün böyük miqdarda rüşvət verib.

Sonxeber.net-ın lent.az-a istinadla verdiyi xəbərə görə, Pontauz şəhər məhkəməsinə məlum olub ki, 2015-ci ildə Lagardere holdinqinin idarəedici tərəfdaşı Arno Laqardera saxta sürücünün bunun əvəzinə imtahan verməsi üçün 15 min avro nəğd pul ödəyib.

İş üzrə materiala görə, Forenin adından rüşvəti imtahan götürənə şəxsi mühafizəçisi verib. İmtahan Paris ətrafındakı Arjantey kommunasında keçirilib. Qeyd edilir ki, modelin Belçikanın sürücülük vəsiqəsi olsa da, Fransa versiyası da vacib olub.

Nəticədə Fore 6 min avro cərimə ödəməlidir. Lisenziya verən iki dövlət xidçətçisi və məmur isə həbsxanaya göndərilə bilərlər.

Biznesmenin arvadı günahını boynuna almır mühafizəçinin əməlindən xəbərsiz olduğunu bəyan edir. Məhkəmə prosesinin nə zaman baş tutacağı hələ ki açıqlanmır.


Etiketlər:  Sürücülük vəsiqəsi üçün rüşvət verdi Qalmaqal yaratdı


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ