Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 21 Aprel 2021 15:06
"Rusiya bütün dünya ilə dostluq münasibətləri istəyir, amma kimsə bunu zəiflik kimi qəbul edərsə, cavabın cəld və sərt olacağını bilməlidir."
Sonxeber.net APA-ya istinadən bildirir ki, bunu Rusiya Prezidenti Vladimir Putin Federal Məclisdə müraciətində deyib.
"Bizim kifayət qədər səbrimiz, məsuliyyətimiz və sağlam düşüncəmiz var. Ancaq ümid edirəm ki, heç kim qırmızı xətti keçməz. Və bunun harada baş verəcəyini özümüzü müəyyənləşdirəcəyik.
Rusiya heç kimlə körpüləri yandırmaq istəmir, amma lazım olan anda, cavabımız asimmetrik, sürətli və sərt olacaq. Onlar peşman olacaqlar", - deyə Rusiya Prezidenti vurğulayıb.