Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 21 Aprel 2021 17:30
Belarus Prezidenti Aleksandr Lukaşenko Rusiyaya səfər edəcək.
Sonxeber.net APA-ya istinadən bildirir ki, bu barədə Belarus Prezidentinin mətbuat xidməti məlumat yayıb.
Bildirilib ki, A. Lukaşenko aprelin 22-də Moskvaya işgüzar səfər edəcək.
Səfər çərçivəsində Belarus Prezidenti rusiyalı həmkarı Vladimir Putinlə görüşəcək.
Qeyd olunub ki, görüşdə iki ölkə arasında əlaqələr, ticari-iqtisadi sahədə əməkdaşlıq, COVID-19 pandemiyası ilə mübarizə, beynəlxalq gündəlikdə duran məsələlər, həmçinin regional vəziyyət müzakirə olunacaq.