Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

1 nəfər imtahana buraxılmayıb - DİM

1 nəfər imtahana buraxılmayıb - DİM

Tarix: 22 Aprel 2021 15:22

Dövlət İmtahan Mərkəzi tərəfindən aprelin 22-də tam (11 illik) orta təhsil səviyyəsi üzrə növbəti buraxılış imtahanları keçirilib.

DİM-dən Milli.Az-a verilən məlumata görə, imtahan binasına daxil olan iştirakçıların məsafədən ölçə bilən elektron termometrlə bədən hərarətləri yoxlanılıb, zəruri dezinfeksiyaedici vasitələrdən istifadə olunub.

İlkin məlumatlara əsasən, 1 nəfərin bədən hərarəti normadan yüksək olduğu üçün binada olan təcili tibbi yardım üzrə həkimin də rəyinə uyğun olaraq imtahana buraxılmayıb.

Milli.Az


Etiketlər:  1 nəfər imtahana buraxılmayıb DİM


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ