Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 22 Aprel 2021 15:25
Baş rollarında Ebru Şahin və Akın Akınözünün çəkildiyi "Hercai" serialında növbəti dəfə gərginlik yaşanıb.
Sonxeber.net axşam.az-a istinadən bildirir ki, köməkçi rollardan biri Emrullah Omay dostları ilə birgə çəkiliş meydanına hücum edib və aktyorlara silah çəkib.
Hadisə baş verməzdən əvvəl Omay aktyorlardan onun dostları ilə şəkil çəkdimələrini istəyib. Lakin həmin an gərgin çəkiliş prossesi getdiyindən həmkarları onun sözünü yerə salıb. Bundan sonra gərginlik yaşanıb.
Yaranan mübahisə zamanı bir adam döyülüb. Daha sonra hadisə yerli sakinlərin araya girməsi ilə səngiyib.