Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 24 Aprel 2021 08:44
Kanadanın baş naziri Castin Trüdo və xanımı Sofi Qrequar-Trüdo "AstraZeneca" şirkətinin koronavirusa qarşı preparatı ilə peyvənd olunublar.
Sonxeber.net APA-ya istinadən xəbər verir ki, bu barədə baş nazir özünün "Twitter" səhifəsində yazıb.
"Bu gün Sofi ilə mənim peyvənd olunmaq növbəmiz çatdı və bunu etdik", - deyə baş nazir bildirib.
Trüdo özünün və xanımının "bundan çox məmnun olduğunu" qeyd edib.
Baş nazir və həyat yoldaşı preparatın ilk komponentini qəbul ediblər.