Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 24 Aprel 2021 21:24
NASA agentliyi kosmosun incələnməsi sahəsində əldə olunmuş nadir nailiyyətlərdən birini elan edib. Belə ki, əsas məqsədi Plutonun incələnməsi olmuş New Horizons kosmik aparatı artıq Günəşdən 50 astronomik vahid məsafəsində uzaqlaşıb. Qeyd etmək lazımdır ki, 1 astronomik vahid Yer kürəsindən Günəşə qədər olan məsafəyə bərabərdir. Yer kürəsindən Günəşə qədər olan məsafə isə 149.597.870.700 km təşkil edir. Beləliklə nəticə etibarilə New Horizons kosmik aparatı Günəşdən 7.5 milyard km məsafədə uzaqlaşıb. New Horizons bu cür nailiyyəti əldə etmiş 5-ci kosmik aparatdır. Günəşdən daha uzaq məsafədə yerləşən planetlərarası kosmik aparatlar isə Pioner-10, Pioner-11, Voyager-1 və Voyager-2-dir
Bu cür hadisəni qeyd etmək üçün New Horizons bir neçə müddət bundan öncə Koyper qurşağında Voyager-1 aparatının yerləşdiyi yerin fotosunu çəkmişdi. Təbii ki, çəkilmiş fotoda Voyager-1-i aydın şəkildə görmək mümkün deyil. Lakin NASA radiometrik müşahidə vasitəsilə onun məhz orda yerləşdiyini dəqiq bilir. Qeyd etmək lazımdır ki, çəkiliş zamanı Voyager-1 aparatı New Horizons-dan 18 milyard km uzaqlıqda olub. Voyager-1 Günəşdən 152 astronomik vahid məsafəsində yerləşir. Bu isə təqribi olaraq 22.9 milyard km-dir. 19 yanvar 2006-cı ildə kosmosa göndərilmiş New Horizons dəfələrlə öz adını tarixə yazmağı bacarıb.
Bunun sayəsində New Horizons indiyənə kim insanlıq tərəfindən yaradılmış ən sürətli obyekt adını qazanmışdı. 2015-ci ilin iyul ayında kosmik aparat Pluton sisteminin ilk müşahidəsini uğurla reallaşdırmışdı. Daha sonra o, Koyper qurşağına tərəf yol aldı və 2019-cu ildə qurşağın obyektini müşahidə etmiş ilk aparat oldu. Belə ki, aparat Transneptun obyektlər sinifinə daxil olan Arrokoth adlı asteroidi müşahidə etmişdi. Hal hazırda isə New Horizons aparatı Koyper qurşağındakı müşahidələrinə davam edir. Bu ilin yay fəslində mütəxəssislər aparata yenilənmiş proqram təminatını göndərəcəklər və bunun sayəsində onun müşahidə imkanları daha da genişlənəcək. Kosmik aparatda olan nüvə batareyası 2030-cu illərin sonuna kimi aparatın stabil çalışmasına yardımçı olacaq.