Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Bəzi Avropa ölkələrində gözəllik salonlarının ziyarət edilməsi ilə bağlı yeni qaydalar qüvvəyə minir

Bəzi Avropa ölkələrində gözəllik salonlarının ziyarət edilməsi ilə bağlı yeni qaydalar qüvvəyə minir

Tarix: 25 Aprel 2021 21:32

Bu gündən etibarən Çexiya, Slovakiya və Sloveniyada gözəllik salonlarının ziyarət edilməsi ilə əlaqədar olaraq yeni qaydalar qüvvəyə minir.

Sonxeber.net AZƏRTAC-a istinadən bildirir ki, bu müəssisələr açıq qalacaq, lakin pandemiyanın yeni dalğasının qarşısının alınması məqsədilə işçilər və müştərilər üçün yeni qaydalar nəzərdə tutulur.

Birincisi, hər kəsin yanında qoruyucu FFP2, KN95 və ya N95 maska olmalıdır. Artıq cərrahi maskanın istifadəsinə icazə verilmir. Bundan əlavə, müştəri son 24 saat ərzində verilmiş COVID-19 testinin mənfi nəticəsini təqdim etməlidir. Bu PZR-testi və ya ekspress-test ola bilər.

Salonların işçiləri isə həftədə iki dəfə testdən keçməlidirlər.


Etiketlər:  Bəzi Avropa ölkələrində gözəllik salonlarının ziyarət edilməsi ilə bağlı yeni qaydalar qüvvəyə minir


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ