Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 26 Aprel 2021 17:05
Gənc pop müğənnilər üçün hər il keçirilən məşhur "Novaya valna" (Yeni dalğa) beynəlxalq müsabiqəsinin finalçıları bəlli olub.
Sonxeber.net qafqazinfo-ya istinadən xəbər verir ki, finalçıların seçimini yarışmanın musiqi prodüseri Anastasiya Muxina, müsabiqənin direktoru Aleksandr Revzin və münsiflər heyətinin sədri, Rusiyanın Xalq artisti İqor Krutoy edib.
Onlar arasında Azərbaycanın "Avroviziya - 2016" təmsilçisi, populyar müğənni Səmra Rəhimli də var.
Beynəlxalq Musiqi Yarışması 19-25 avqust tarixlərində Soçidə keçiriləcək. Finalçılar arasında Avstraliya, Ermənistan, Belarus, Bolqarıstan, Gürcüstan, İspaniya, İtaliya, Niderland, Serbiya və Rusiya təmsilçiləri də yer alıb.