Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 27 Aprel 2021 19:36
Rusiyanın Səhiyyə Departamentinin ilkin tibbi yardım üzrə baş mütəxəssisi Andrey Tyajelnikov çəmənliklərdə ayaqyalın gəzməyin zərərlərini izah edib: "Ümumiyyətlə, ayaqyalın gəzmək faydalıdır. Bu həm bədənin gücləndirilməsi, həm də ayaq masajıdır, lakin bu, diqqətlə və qaydasında edilməlidir".
Sonxeber.net deyerler.org-a istinadən bildirir ki, həkim qeyd edir ki, bədənin bu kimi yollarla gücləndirilməsinə öyrəşməyən insanlar bu prosedurlara birdən başlamamalı və ya soyuq və nəmli yerlərdə uzun müddət gəzməməlidir. Bundan əlavə, çəmənliklərdə yazın gəlişi ilə dirçələnmiş gənələr və ya oyanmış ilanlar da ola bilər.