Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Hər gün 10 min addım yerimək lazımdırmı?

Hər gün 10 min addım yerimək lazımdırmı?

Tarix: 27 Aprel 2021 22:27

Hər gün 10 min addım yeriməyin faydalı olması barədə demək olar ki, əksər insanlar eşidib. Belə bir fikir var ki, addım sayı məsələsi "Manpo-Kei" cihazının reklam kampaniyası çərçivəsində icad edilib. Cihazın yapon dilindən tərcüməsi "10 min addımı ölçən" deməkdir. Bu fikr, 1960-cı illərdə Yaponiyada təbliğ olunmağa başladı və bu gün də mövcuddur. Qeyd edək ki, addımların sayı heçdən yaranmayıb. Bu hesablamanı Yaponiya həkimi Yosira Xatano aparıb.

Sonxeber.net deyerler.org-a istinadən bildirir ki, həkimin hesablamalarına görə, yaponlar orta hesabla gündə 4000 addım ataraq, təqribən 300-400 kilokalori yandırır. Onun fikrincə, gündəlik fiziki yük artırılaraq addımların sayı 10 minə çatsa, təxminən 500 kalori sərf olunacaq. Əlbəttə burada məntiq var, amma müasir araşdırmalar on min addımın faydasını sübut etmir. Bəli, həkimlər yekdilliklə oturaq həyat tərzinin təhlükəli olduğunu söyləyirlər, ancaq gündə ən azı beş min addım atılsa, minimum fiziki fəaliyyət baryerinin keçildiyi hesab edilə bilər.

Bundan əlavə, digər bir araşdırmada, beş min addım piyada gedənlərdə artıq çəki və yüksək qan təzyiqi riskinin xeyli az olduğu aşkar edilmişdir. Digər tədqiqatlar, gündə beş və on min addım atanların sağlamlığında çox fərq olmadığını göstərib. Əsas odur ki, insan oturaq həyat tərzi sürməsin və bu anlamda hər kəsin öz fiziki yüklənmə həddi var.


Etiketlər:  Hər gün addım yerimək lazımdırmı


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ