Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Gürcüstan Rusiya hərbi yükünü Ermənistana buraxmadı - Qalmaqal - VİDEO

Gürcüstan Rusiya hərbi yükünü Ermənistana buraxmadı - Qalmaqal - VİDEO

Tarix: 28 Aprel 2021 12:40

Gürcüstan Rusiyadan Ermənistana göndərilən güllə keçirməyən jiletlərlə yüklənmiş iki yük maşınını Ermənistana buraxmayıb.

Sonxeber.net xəbər verir ki, bu barədə erməni mətbuatı və feysbuk sosial şəbəkəsində məlumatlar yayılıb. Yük maşınları Moskvadan martın 5-də yola salınıb və martın 28-də gürcü sərhədçilər sürücülərin və yüklərin sənədlərini müsadirə edərək onların hərəkətinə qadağa qoyub.

Məlumata görə, iki yük maşını zurehli jiletlər bir aya yaxındır ki, Rusiya-Gürcüstan sərhədindəki "Yuxarı Lars" nəzarət-buraxılış məntəqəsi yaxınlığındakı neytral zonada saxlanılır. Bununla bağlı video da sosial şəbəkədə yerləşdirilib. Sürücülərdən birinin sözlərinə görə, onları saxlayan gürcü sərhədçiləri yüklərin xüsusi təyinatlı olduğunu qeyd edərək Gürcüstanın Müdafiə Nazirliyindən icazənin tələb edildiyini bildiriblər.

Erməni mediası bununla dərhal hay-həşir salaraq Ermənistanın tam mühasirəyə alındığını iddia etməyə başlayıblar. Havadan və qurudan - üçtərəfli yük çatdırılması baxımından tam blokada vəziyyətinə alındıqlarını, yalnız İranın istisna təşkil etdiyini bildiriblər.

Kamran


Etiketlər:  Gürcüstan Rusiya hərbi yükünü Ermənistana buraxmadı Qalmaqal VİDEO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ