Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 29 Aprel 2021 19:16
Səbail rayonu, 28 may küçəsindəki tarixi binanın üzərində əlavə tikinti işləri aparılıb.
Sonxeber.net qafqazinfo-ya istinadən xəbər verir ki, bu barədə tanınmış memar Elçin Əliyev sosial şəbəkədə məlumat yayıb. O, sözügedən yeni tikilinin fotolarını feysbukda paylaşaraq binada qanunsuzluğa yol verildiyini qeyd edib.
Memarın sözlərinə görə, 1908-ci ildə tikilən bu bina Azərbaycan ərazisində dövlət mühafizəsinə götürülmüş daşınmaz tarix və mədəniyyət abidələrinin siyahısına daxil edilib.
Məsələ ilə bağlı Mədəniyyət Nazirliyinə sorğu ünvanladıq. Cavab olaraq saytımıza bildirildi ki, bununla əlaqədar Mədəni İrsin Qorunması Dövlət Xidmətinə artıq məlumat verilib.