Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 31 Iyul 2019 13:08
Avropa Liqasının ikinci təsnifat mərhələsində "Neftçi"nin qonağı olacaq "Arsenal" Bakıya yola düşüb.
Qol.az-ın xəbərinə görə, bu barədə Tula klubunun rəsmi "Feysbuk" səhifəsi məlumat yayıb. Rusiya Premyer Liqa təmsilçisi bu gün axşam saatlarında qarşılaşmanın keçiriləcəyi "Bakcell Arena"da oyunöncəsi son məşqinə çıxacaq.
Qeyd edək ki, "Neftçi" - "Arsenal" görüşü sabah yerli vaxla saat 21:00-da başlayacaq. Bu komandalar arasında ilk matçda Bakı klubu 1:0 hesabı ilə qalib gəlib.
Yuxarı