Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 31 Iyul 2019 14:56
"Qarabağ"ın Çempionlar Liqasının 3-cü təsnifat mərhələsindəki potensial rəqibi APOEL-in baş məşqçisi Paulo Trametsani Bakıdadır.
Qol.az-ın Kipr mətbuatına istinadən yaydığı xəbərə görə, bu barədə klubun mətbuat katibi Nektaris Petevinos məlumat verib. Onun sözlərinə görə, italiyalı mütəxəssis "Qarabağ" - "Dundalk" oyununu canlı izləmək üçün paytaxtımıza gəlib:
"Məşqçi komandalar arasında cavab oyununu izləmək üçün Bakıya gedib. Bu matçın nəticəsinə əsasən növbəti mərhələdəki rəqibimiz bilinəcək".
Qeyd edək ki, APOEL 3-cü təsnifat mərhələsindəki ilk oyununu avqustun 6-da evdə, cavab matçını isə 1 həftə sonra səfərdə keçirəcək. Kiprlilərin növbəti raunddakı rəqibi "Qarabağ" - "Dundalk" cütünün qalibi olacaq. Komandalar arasında Dublində keçirilən ilk görüşdə qalib müəyyənləşməyib - 1:1. Cavab qarşılaşması isə bu gün olacaq və Bakı vaxtı ilə 21:00-da start götürəcək.