Tarix: 31 Iyul 2019 16:52
"Dundalk" və "Qarabağ"ın bir çox oyununu izləmişik. İşimiz asan olmayacaq".Qol.az-ın Kipr mətbuatına istinadən yaydığı xəbərə görə, bu sözləri APOEL-in baş məşqçisi Paulo Trametsani Çempionlar Liqasının 2-ci təsnifat mərhələsinin Monteneqro "Sutyeska"sı ilə cavab oyunundan (3:0) sonra keçirilən mətbuat konfransında deyib. Böyükhesablı qələbəni şərh edən italiyalı mütəxəssis 3-cü raunddakı potensial rəqibləri olan "Qarabağ" və "Dundalk" haqda da danışıb:
"Bu mərhələdə zəif rəqib olmur. Hamısı güclü, eyni zamanda fərqli komandalardır. "Dundalk" süni örtüklü kiçik stadionda oynayır. "Qarabağ" isə güclü və texnikalı komandadır. Heyətində uzun illərdir birlikdə oynayan yaxşı futbolçular var. Rəqibin kimliyindən asılı olmayaraq, oyunlar çətin keçəcək".
Qeyd edək ki, "Qarabağ" - "Dundalk" cütünün qalibi 3-cü təsnifat mərhələsində APOEL-lə qarşılaşacaq. Azərbaycan və İrlandiya çempionları arasında Dublində keçirilən ilk matda qalib müəyyənləşməyib - 1:1. Cavab qarşılaşması bu gün "Dalğa Arena"da olacaq və yerli vaxtla 21:00-da başlayacaq.