Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

''Artıq düşmənin xırda bir təxribatına da sərt cavab verilməlidir'' - Polkovnik

''Artıq düşmənin xırda bir təxribatına da sərt cavab verilməlidir'' - Polkovnik

Tarix: 3 May 2021 14:27

"Prezident İlham Əliyevin hər bir kəlməsi strateji səviyyədə qoyulmuş tapşırıqdır. Bu mesajlar bütün qurumlar tərəfindən də eyni şəkildə nəzərə alınmalıdır".

Bunu Sonxeber.net-a açıqlamasında hərbi ekspert, ehtiyatda olan polkovnik Ruslan İmamquliyev deyib.

Polkovnik bildirib ki, Prezidentin Cəbrayıldakı məlum mesajından sonra düşmənin istənilən təxribatına sərt cavab verilməlidir:

"Prezidentin bu mesajı ilə artıq qurumlar da gərəkli tapşırığı alıblar. Təbii ki, bundan sonra bu şəkildə ən adi, xırda təxribata qarşı sərt bir cavab verilməlidir və veriləcəkdir. Hətta deyərdim ki, onların bu cür müxtəlif bəhanələrlə hər hansı bir sərhədpozma halları olsa belə, bizim sərhədlərimizdə xidmət göstərən əsgərlərimizə qarşı hər hansı bir atışma halı olmasa belə mütləq şəkildə sərt cavab verilməli idi. Düşünürəm ki, cənab Prezidentin artıq bu mesajı qeyd etməsi o deməkdir ki, adekvat cavab verilməli idi və bundan sonra da veriləcək. Əks halda Ermənistan silahlı qüvvələri olsun, kimliyindən asılı olmayaraq hansı sahədə xidmət edən şəxs olmasına baxmayaraq, mülki şəxsdir, nədir, bu cür hər təxribatların qarşısı alınmazsa, sərt cavablar verilməzsə, bu cür hallar adi hal almış olar. Ona görə mütləqdir ki, biz kimliyindən asılı olmayaraq, hətta mülki şəxs belə olsa, bizim hərbi qulluqçumuza təxribat törədirsə, sərt bir şəkildə, gözə-göz, qaşa-qaş cavab verilməlidir".

Xatırladaq ki, təxminən iki həftə əvvəl ermənilər Zəngilan və Qubadli istiqamətində atəşkəsi pozdular. Lakin Rusiyanin xahişi ilə qarsi tərəfə cavab atəşi açmadıq. Prezident İlham Əliyev isə Cəbrayılda sərhəd zastavasının açılışı zamani "Bu yaxınlarda Azərbaycan-Ermənistan sərhədinin Zəngilan istiqamətində bizim sərhədçilərimizə qarşı edilən hərbi təxribat sonuncu belə cəhd olmalıdır. Biz təmkinlik göstərərək bu təxribata cavab vermədik. Amma bu, sonuncu xəbərdarlıqdır. Əgər bir daha buna oxşar cəhd göstərilərsə, düşmən yerindəcə məhv ediləcək" dedi. 

Qeyd edək ki, dünəndən etibarən sosial şəbəkələrdə Azərbaycan Ermənistan sərhədində delimitasiya zamanı yaşanan hadisənin video-görüntüləri yayılıb. Görüntülərdə erməni zabiti Azərbaycan tərəfinə keçməyə çalışır. Dövlət Sərhəd Xidmətinin zabit və əsgərləri ona təmkinlə mane olmağa çalışarkən, erməni zabit sözügedən ərazinin onlara aid olduğunu iddia edərək irəliləməyə çalışıb. Hadisənin Azərbaycan-Ermənistan sərhədinin Sünix vilayəti ilə həmsərhəd hissəsində baş verdiyi bildirilir.

Təhməz Əsədov


Etiketlər:  Artıq düşmənin xırda təxribatına sərt cavab verilməlidir Polkovnik


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ