Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 4 May 2021 08:10
Kolumbiya polisi ölkədə bir neçə gündür vergi islahatına qarşı keçirilən etirazlar zamanı 430-dan çox insanı saxlayıb.
Sonxeber.net "qafqazinfo"-ya istinadən xəbər verir ki, bu barədə Cənubi Amerika respublikasının milli müdafiə naziri Diyeqo Molano bildirib.
"Biz 431 nəfəri tuta bildik", - Molano tvitter səhifəsində yazıb.
Nazir əlavə edib ki, etirazlar zamanı 846 nəfər, o cümlədən 540 polis yaralanıb.
Artıq ölkənin maliyyə və dövlət kreditləri naziri Alberto Karraskilya vergi islahatına qarşı etirazların fonunda istefa verib.
Kolumbiya Prezidenti İvan Duke bu vəzifəyə ticarət, sənaye və turizm naziri Xose Manueli təyin edib.
Qeyd edək ki, ötən həftədən Kolumbiyada vergi islahatına qarşı nümayişlər keçirilir. İğtişaşlar Boqota, Kali, Medellin və digər şəhərlərdə baş verib. Cümə günü hökumət islahat planlarında dəyişikliklər etməyə razılaşsa da, etirazlar davam edib.