Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 31 Iyul 2019 20:20
Bakı. Ləman Zeynalova - Trend:
Azərbaycan və Qazaxıstan arasında ticarət dövriyyəsi son 3 ildə təxminən 2 dəfə artıb.
Trend-in məlumatına görə, bunu Qazaxıstanın Azərbaycandakı səfiri Beybit İsabayev deyib.
Səfirin sözlərinə görə, iki ölkə arasında münasibətlər həmişə yüksək səviyyədə olub: "4 il 4 aydır ki, Azərbaycanda işləyirəm. Fəaliyyətim dövründə iki ölkə arasında münasibətlərin daha da yüksələn xəttlə inkişafına çalışmışam".
Diplomat daha sonra Azərbaycana Qazaxıstan buğdasının ixracı ilə bağlı məsələyə də toxunub:
"Biz tədriclə Qazaxıstan buğdasının Azərbaycana tədarükünü bərpa edirik. Bir vaxtlar biz Azərbaycana təxminən milyon ton buğda ixrac edirdik. Yenidən bu göstəriciyə nail olmağa çalışacağıq".
Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin