Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

1 aprel zarafatı Volkswagen-ə baha başa gəldi

1 aprel zarafatı Volkswagen-ə baha başa gəldi

Tarix: 4 May 2021 21:56

Volkswagen şirkətinin adını Voltswagen'ə dəyişdirmək barədə etdiyi uğursuz 1 aprel zarafatı avtomobil istehsalçısına baha başa gələ bilər.

İş ondadır ki, ABŞ-ın Qiymətli Kağızlar Komissiyası (QKK) bu məsələni rəsmi olaraq araşdırmağa başlayıb: mütəxəssislər şirkətin qeyri-ciddi davranışının onun səhmlərinin dəyərinə necə təsir etdiyini öyrənməli olacaqlar.

Yersiz zarafat Volkswagen markasının imicinə ciddi zərbə vurmaqla yanaşı, ictimayyətin ona olan inamını sarsıdıb. İndi isə nüfuz probleminə, ABŞ Qiymətli Kağızlar Komissiyası tərəfindən aparılan istintaq da əlavə olunub.


Etiketlər:  aprel zarafatı Volkswagen baha başa gəldi


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ