Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 5 May 2021 13:40
Müğənni Şəbnəm Tovuzlunun Həci adı ilə tanınan həyat yoldaşından ayrıldığı iddia olunub.
Sonxeber.net axşam.az-a istinadən xəbər verir ki, sosial şəbəkədə rəqs edən videosunu yayımlayan sənətçi tənqid atəşinə tutulub. O, görüntülərini qınayan izləyicisinə "Başa düşmədim, nə olub? Haramı açıb çölə qoymuşam? Biz müğənniyik, mahnılarımıza uyğun hərəkət edirik. Allaha şükür, ailəmiz, övladlarımız" sözlərini deyib.
Şəbnəm Həcidən ayrılması haqda suallara isə "Onu deyənin dili qurusun. Allah eləməsin, atamız başımızın üstündədir. 7 ildir ayrıldıq deyirlər. Amma hələ də yanımızdadır. Niyə çoxları narahatdır, bilmirəm" cavabını verib.
Qeyd edək ki, Şəbnəmin bu nikahdan bir oğlu var.