Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 5 May 2021 15:58
İsrail və Azərbaycan arasında strateji münasibətlər qardaş ölkənin mediasında mütəmadi işıqlandırılır. Daha çox ölkələrimiz arasında hərbi sahədə əməkdaşlığı əks etdirən məqalələrə önəm verilir. "İsraildə istehsal olunan daha bir silah Azərbaycan Ordusunun təlimlərində qeydə alınıb. Azərbaycan Müdafiə Nazirliyinin yaydığı videoda "Tamuz" raketinin Rusiya istehsallı vertolyotda görünür". Bunu ivritdilli "Israel HaYom" qəzetində dərc olunan məqalədə müəllif Şmuel Din Elmas bəyan edib.
Müəllif yazır ki, Azərbaycanda İsrail silahının həcmi və onun rəsmi Bakı üçün əhəmiyyəti artıq çoxdan məxfiliyini itirib. "Bununla yanaşı, Azərbaycan Ordusunun İkinci Qarabağ müharibəsində möhtəşəm və nəzərə çarpacaq nailiyyətləri İsrail texnologiyasının yüksək keyfiyyətini, o cümlədən pilotsuz uçuş-kamikadze aparatı- "Harop", Lora operativ-taktiki raket komplekslərinin, eləcə də, müxtəlif İsrail ballistik raketlərini, Spike, Spike-NLOS raketlərini ortaya qoydu", - deyə Şmuel Din Elmas məqaləsində bildirir.
Daha sonra müəllif qeyd edir ki, "Tamuz" raketi stasionar vəziyyətdən, avtomobildən, zirehli döyüş maşınından, gəmidən atəş açıb 25-30 km. diapozonda tankları məhv etmək iqtidarındadır. "Sənədli kadrlar göstərir ki, "Bayraqdar"lar və və İsrail "Tamuz" raketləri döyüş vertolyotları arasında qarşılıqlı münasibətlər LOAL (buraxılışdan sonra blokirovka) üzrə həyata keçirilir. Yəni, "Tamuz" böyük məsafələrə gedib çatmaqda effektivlidir - raket buraxıldıqdan sonra hədəfi dəyişmək mümkündür. Belə olan halda pilotsuz uçuş aparatları yeni hədəflər üçün raketlərin koordinatını verir",- deyə Israel HaYom yazır.
Qəzetə açıqlamasında İsrail-Azərbaycan əməkdaşlığı üzrə ekspert və ISP - YR Group-un rəhbəri Arye Qut bildirib ki, İsrail Bakı üçün bir nömrəli silah tədarükçüsüdür. "İsrail və Azərbaycan arasında tərəfdaşlıq sıx, etibarlı və qarşılıqlı təminata söykənir. İsrail-Azərbaycan münasibətləri strateji əməkdaşlıq xarakteri daşıyır və dövlətlərarası, siyasi və hərbi-texniki tərəfdaşlığımız ən yüksək səviyyədədir.
Bir neçə il əvvəl Azərbaycan Prezidenti İlham Əliyev Baş nazir Binyamin Netanyahu ilə görüşü zamanı iki ölkə arasındakı hərbi əməliyyatların həcminin 5 milyard dollar olduğunu söyləyib. Regional miqyasda bu çox böyük bir məbləğdir. Buraya kəşfiyyatdan zərbə vurmağa qədər İsrail istehsalı olan yüksək dəqiqlikli raketlər daxilində geniş bir pilotsuz uçuş vasitəsi daxildir. Tank və təyyarələrin, radarların, elektron silahların yüksək məhsuldarlığı Azərbaycan ordusunun erməni işğalçıları üzərində parlaq qələbəsi ilə başa çatan ikinci Qarabağ müharibəsi zamanı sübut edildi" - deyə Arye Qut bildirib.
Azər Nuriyev