Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

İtaliyada koronavirusa qarşı vurulan gündəlik peyvənd dozalarının sayını bir milyona çatdırılması nəzərdə tutulur

İtaliyada koronavirusa qarşı vurulan gündəlik peyvənd dozalarının sayını bir milyona çatdırılması nəzərdə tutulur

Tarix: 5 May 2021 20:48

İtaliyada koronavirusa qarşı tətbiq olunan peyvənd dozalarının gündəlik həcminin may ayında bir milyona çatdırılması nəzərdə tutulur.

Sonxeber.net AZƏRTAC-a istinadən bildirir ki, ötən bir ay ərzində tətbiq olunan gündəlik peyvənd həcminin 300 min dozadan yarım milyonadək artırılması rəsmi qurumlara daha yüksək nəticə üçün stimul verib.

İtaliya Farmakologiya Agentliyinin (AİFA) rəhbəri Corco Palu "Corriere della Sera" qəzetinə verdiyi müsahibədə bildirib ki, əgər fövqəladə hadisələr baş verməzsə, o zaman bu göstəriciyə nail olduqdan sonra virusa qarşı mübarizədə rahat nəfəs almaq olar.

C.Palu bildirib ki, hazırda 60 milyonluq ölkə əhalisinin üçdəbir hissəsinə peyvəndin ilk və hər iki komponenti tətbiq olunub. Ölkədə virusa yoluxma hallarının statistikasında azalma müşahidə olunsa da, yoluxmaların 95 faizi koronavirusun Britaniya ştammı sayəsində baş verir. Bu da səhiyyə qurumlarını daha yoluxucu xüsusiyyətə malik bu ştammı diqqət mərkəzində saxlamağa, ölkədəki epidemioloji vəziyyətdən çıxmaması üçün vaksinasiya kampaniyasını sürətləndirməyə vadar edir.


Etiketlər:  İtaliyada koronavirusa qarşı vurulan gündəlik peyvənd dozalarının sayını milyona çatdırılması nəzərdə tutulur


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ