Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

''Tikintiyə icazənin qüvvədə olma müddətinin uzadılması ilə bağlı hallar”da dəyişiklik edilib

''Tikintiyə icazənin qüvvədə olma müddətinin uzadılması ilə bağlı hallar”da dəyişiklik edilib

Tarix: 1 Avqust 2019 10:26

Bakı. İlhamə İsabalayeva – Trend:

Nazirlər Kabineti “Tikintiyə icazənin qüvvədə olma müddətinin uzadılması ilə bağlı hallar”da dəyişiklik edib.

Trend-in məlumatına görə, “Tikintiyə icazənin qüvvədə olma müddətinin uzadılması ilə bağlı hallar”ın indiyədək mövcud olan variantına əsasən, tikintiyə icazənin qüvvədə olma müddətinin uzadılması və ya əsaslandırılmış imtina barədə qərar haqqında məlumat Məcəllənin 75.10-cu maddəsinə əsasən 10 gün müddətində Tikintilərin Dövlət Reyestrinə təqdim edilirdi.

Yeni qərarda isə bu müddət azaldılıb və 3 iş günü müəyyən edilib.

Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin


Etiketlər:  Tikintiyə icazənin qüvvədə olma müddətinin uzadılması ilə bağlı hallarda dəyişiklik edilib


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ