Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Yeqor Liqaçev 101 yaşında vəfat edib

Yeqor Liqaçev 101 yaşında vəfat edib

Tarix: 8 May 2021 08:28

Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsinin keçmiş katibi, Tomsk vilayətinin fəxri vətəndaşı Yeqor Liqaçev 101 yaşında vəfat edib.

Sonxeber.net APA-ya istinadən xəbər verir ki, bu barədə Tomsk vilayət administrasiyasının informasiya siyasəti şöbəsinin müdiri Aleksey Sevostyanov bildirib.

Qeyd edək ki, Sovet və Rusiyanın siyasi dövlət xadimi Y.Liqaçev 1983-1990-cı illərdə Mərkəzi Komitəsinin katibi vəzifəsində çalışıb.

O, 29 Noyabr 1920-ci ildə Tomsk vilayətinin Dubinkino kəndində (indiki Novosibirsk vilayətinin Çulymski rayonu) anadan olub. 1985-ci ilin aprelindən Siyasi Büronun üzvü, 1985-1988-ci illərdə, Sov.İKP MK-nın ideologiya məsələlər üzrə məsul şəxsi idi.

SSRİ-də alkoqolla mübarizə kampaniyasının təşəbbüskarlarından olan Liqaçev Boris Yeltsinə söylədiyi, "Boris, yanılırsan" ifadəsi ilə də məşhur idi.


Etiketlər:  Yeqor Liqaçev yaşında vəfat edib


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ