Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Lavrov Paşinyana təzyiq etdi - Metyu Brayza Milli.Az-a danışdı

Lavrov Paşinyana təzyiq etdi - Metyu Brayza Milli.Az-a danışdı

Tarix: 8 May 2021 12:39

"İrəvan səfəri zamanı "Rusiya əmindir ki, yaxın zamanlarda hərbi əsirlər məsələsi öz həllini tapacaq" deyən Rusiya XİN başçısı Sergey Lavrovda bu qədər əminliyin nədən olduğunu bilmirəm". 

Bunu Milli.Az-a açıqlamasında ATƏT-in Minsk Qrupunun keçmiş həmsədri, ABŞ-ın Azərbaycandakı sabiq səfiri, Atlantik Şuranın (Atlantic Council) böyük elmi işçisi Metyu Brayza deyib.

O bildirib ki, Rusiya Ermənistana 10 Noyabr bəyanatını icra etdirəcək:

"Güman edirəm ki, Rusiya həm Bakı, həm də İrəvan rəhbərliyi ilə danışıb və bu mövzuda razılığa gələ biləcəyini düşünür. 

Baş nazir Paşinyan və ya Xarici İşlər Naziri Lavrovun Qarabağ mövzusunda hansı planları olduğunu demək çətindir. Yalnız onu deyə bilərəm ki, Paşinyanın Rusiya XİN rəhbəri ilə görüş zamanı etdiyi "Ermənistan Dağlıq Qarabağla bağlı üçtərəfli bəyanatları yerinə yetirmək üçün hər cür səy göstərməyə hazırdır" açıqlaması mənə onun şəxsi cəsarətindən çox Lavrovun təzyiqinin nəticəsi kimi görünür.

Rusiya, Ermənistanda yaxınlaşan 20 iyun parlament seçkiləri öncəsi regionda davamlı bir sülhün təməlini qoyan 10 Noyabr atəşkəs bəyanatının tətbiqini icra etdirməyə çalışır".

Təhməz Əsədov

Milli.Az


Etiketlər:  Lavrov Paşinyana təzyiq etdi Metyu Brayza MilliAz danışdı


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ