Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 8 May 2021 13:24
Bir müddət öncə pozuntulara görə vəzifəli şəxslərinin əksəriyyəti sərəncama götürülən Suraxanı Rayon Polis İdarəsində (RPİ) kadr təyinatı həyata keçirilib.
Sonxeber.net qafqazinfoya istinadən xəbər verir ki, nazirin əmri ilə Nəsimi RPİ-nin İstintaq Şöbəsinin rəisi, polis polkovnik-leytenantı Füzuli Əhmədov işdən çıxarılıb.
Digər əmrlə F.Əhmədov Suraxanı RPİ-nin əməliyyat işləri üzrə rəis müavini təyin edilib.
Bu postu isə daha əvvəl Famil Vəliyev tuturdu. O, ötən ilin sentyabrında təyin edildiyi bu vəzifədə 6 ay xidmət apara bildi. Bu ilin mart ayında isə vəzifəsindən çıxarılaraq Nizami RPİ-yə göndərildi.
Qeyd edək ki, bir neçə ay öncə Suraxanı rayon Polis İdarəsində aparılan kompleks yoxlamadan sonra 30-dan çox yüksək rütbəli şəxs nöqsanlara görə işdən uzaqlaşdırılmışdı.