Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

"Espanyol" yenidən La Liqada!

Tarix: 9 May 2021 21:04

Növbəti mövsümdə İspaniya La Liqasında mübarizə aparacaq ilk klub bəlli olub.

Milli.Az matc.az-a istinadən bildirir ki, Sequndanın lideri "Espanyol" sona 4 tur qalmış elitaya vəsiqəni təmin edib.

Kataloniya təmsilçisi hazırda 78 xalla liderdir və 3-cü sırada qərarlaşan "Almeriya"nı 12 xal qabaqlayır.
 
Sequndada 1-ci və 2-ci sıranı tutan komandalar La Liqaya birbaşa yüksəlir. Hazırda "Malyorka" turnir cədvəlində 2-ci olsa da, elitaya vəsiqəni təmin edə bilməyib. La Liqaya yüksələcək 3-cü komanda isə pley-off oyunlarından sonra məlum olacaq.

Milli.Az


Etiketlər:  Espanyol yenidən La Liqada


RƏYLƏR