Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 1 Avqust 2019 15:00
“Neftçi"nin UEFA Avropa Liqasının ikinci təsnifat mərhələsində Rusiya “Arsenal"ı ilə Bakıda keçirəcəyi cavab oyununda tribunalar tam dolacaq.
Klubdan Qol.az-a verilən xəbərə görə, satışa çıxarılan 10 min 500 biletdən 9 mindən çoxu artıq satılıb.
Bildirilib ki, satılmayan məhdud sayda biletləri yalnız “Bakcell Arena”nın kassalarından almaq mümkün olacaq.
Qeyd edək ki, “Neftçi” - “Arsenal” matçı saat 21:00-da başlayacaq. Bu komandaların Tuladakı ilk görüşündə Azərbaycan təmsilçisi rəqibi 1:0 hesabı ilə məğlub edib.