Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

ÜST: dünya COVID-19-a yoluxma ''vadisinə'' çıxıb, lakin sayıqlığı itirməməliyik

ÜST: dünya COVID-19-a yoluxma ''vadisinə'' çıxıb, lakin sayıqlığı itirməməliyik

Tarix: 12 May 2021 19:34

Qlobal səviyyədə COVID-19-a yoluxma ilə bağlı yeni halların sayı artmır. ÜST-də bildirirlər ki, dünya COVID-19-a yoluxma "vadisinə" çıxıb, bəzi regionlarda isə, məsələn yaxın vaxtlara qədər yoluxmaların sayına görə liderlik edən Şimali və Cənubi Amerikada, həmçinin Avropada yoluxma göstəriciləri azalmağa başlayıb.

Bununla belə, ÜST-nin rəhbəri Tedros Gebreyesus Cenevrədə keçirilən brifinqdə həmin göstəricilərin hələ də yüksək olduğunu bildirib. Sonxeber.net AZƏRTAC-a istinadən bildirir ki, ötən həftə ərzində 5,4 milyon yeni yoluxma faktı qeydə alınıb, 90 min nəfər COVID-19 səbəbindən dünyasını dəyişib.

Hindistanda hər gün 350-370 min yeni yoluxma qeydə alınır. Doktor Tedros Gebreyesus ÜST-nin "Hindistanın xatirinə birləşək" adlı yeni təşəbbüsünü elan edib. Təşkilat həmin təşəbbüs çərçivəsində bu ölkədə pandemiyaya qarşı mübarizənin dəstəklənməsi üçün vəsait toplayacaq. Yığılan pullar, o cümlədən, oksigen balonları, fərdi müdafiə vasitələri və dərman alınmasına sərf ediləcək.

ÜST rəhbəri bir daha vurğulayıb ki, əgər planetin sakinlərinin əksəriyyəti peyvəndlənməsə, pandemiyaya qalib gəlmək mümkün olmayacaq.


Etiketlər:  ÜST dünya COVID yoluxma vadisinə çıxıb lakin sayıqlığı itirməməliyik


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ