Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 12 May 2021 21:12
Bir ay öncə qlobal ticarətdə böhrana səbəb olmuş Süveyş kanalında yeni layihələrin təqdimatında çıxış edən Misir Prezidenti Əbdülfəttah əl-Sisi paralel keçirdin inşasının cari ilin sonunadək başa çatdırılması barədə göstəriş verib.
Sonxeber.net AZƏRTAC-a istinadən bildirir ki, hazırda Süveyş kanalında 132 kilometr uzunluğunda olan paralel keçidin 162 kilometrə çatdırılması, həmçinin kanalın şimal və cənub hissələri arasında yerləşən Böyük Acı göldəki keçidin daha da genişləndirilməsi istiqamətində işlər davam edir. Bundan başqa, gəmilərin keçidini asanlaşdırmaq məqsədilə kanalın dərinliyi 127 metrdən 172 metrə çatdırılacaq.
Prezident əl-Sisiyə məlumat verilib ki, Süveyş kanalının idarə edilməsi də avtomatlaşdırılacaq. Bu məqsədlə 16 rəqəmsal müşahidə mərkəzi istifadəyə veriləcək. Eyni zamanda, kanalın üzərindən avtomobillərin və piyadaların cəmi 15 dəqiqəyə keçməsi üçün üzən körpülər də istifadəyə verilir.
Martın sonunda Süveyş kanalında baş vermiş insidenti təhlil edən kanal rəhbərliyi qeyd edib ki, bu hadisənin təkrar olunmaması üçün bütün zəruri tədbirlər görülüb. Artıq kanaldan 1839 gəminin keçidi təmin edilib.