Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Bill Geyts koronavirus əleyhinə peyvəndlərdən danışdı

Bill Geyts koronavirus əleyhinə peyvəndlərdən danışdı

Tarix: 13 May 2021 19:08

"Microsoft"un qurucusu Bill Qeyts koronavirus əleyhinə yaradılmış peyvəndləri bəşər tarixindəki ən böyük elmi nailiyyət hesab edib.

Sonxeber.net ted.az-a istinadən bildirir ki, o, bu barədə "Handelsblatt" qəzetinə müsahibəsində bildirib.

Mütəxəssis deyib ki, COVID-19 peyvəndləri bu il pandemiyaya qalib gələcəyimizə böyük ümid verdi: "Peyvəndlər bəşər tarixinin ən vacib üç yenilikdən biridir. Onlardan ikincisi,mikroprosessorun ixtirasıdır. Bu, nəticədə fərdi kompüteri mümkün etdi, kompüter elmində inqilab yaradaraq, son 50 ildə təsirli bir yenilik dalğasını başlatdı".

Üçüncü yenilikdən danışan Bill Qeyts əlavə edib ki, nisbətən yaşıl inqilab 1940-1970-ci illərdə kənd təsərrüfatı sahəsində baş verdi: "Amerikalı aqronom və selleksiya mütəxəssisi Norman Borlauqun kəşfi dünya kənd təsərrüfatı məhsullarının həcminin əhəmiyyətli dərəcədə artmasına səbəb oldu. Bundan əvvəl bütün dünya əhalisi üçün kifayət qədər qida istehsalının necə mümkün olduğunu təsəvvür etmək mümkün deyildi. Borlauqun ortaya qoyduğu iş, müxtəlif təxminlərə görə, 1 milyarddan çox insanı aclıqdan qurtardı".

Sonda COVID-19 üçün dərmanların hazırlanmasına toxunan "Microsoft"un qurucusu vurğulayıb ki, əvvəllər heç vaxt elm adamları bu qədər qısa müddətdə təsirli peyvənd yaratmayıb: "Görünən odur ki, gələcəkdə koronavirusla bağlı elm adamları və şirkətlər bir-biri ilə daha yaxşı işləyə biləcək".


Etiketlər:  Bill Geyts koronavirus əleyhinə peyvəndlərdən danışdı


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ