Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 13 May 2021 20:52
Böyük Britaniyada vətəndaşların ölkə xaricinə səfər etmələri üçün vaksin pasportları tətbiq olunacaq.
Sonxeber.net ted.az-a istinadən bildirir ki, bu barədə ölkənin Milli Səhiyyə Xidməti bildirib.
Həmin pasportlar mayın 17-dən qüvvəyə minəcək. Bu sənədlər smartfon və planşetlər üçün mobil tətbiq şəklində işə salınacaq.
Müvafiq mobil qurğuları olmayan vətəndaşlar peyvəndləməni təsdiq edən kağız sənəd ala biləcəklər.