Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 1 Avqust 2019 17:57
Bakı. Ləman Zeynalova - Trend:
Gərginliyin artması Dağlıq Qarabağda bir müddət əvvəl əldə edilmiş atəşkəs rejiminə əməl olunması barədə razılaşmalarla ziddiyyət təşkil edir.
Trend-in məlumatına görə, bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova brifinq zamanı deyib.
O, Ermənistan-Azərbaycan sərhədində vəziyyətin kəskinləşməsindən narahat olduqlarını deyib:
“Gərginliyin artması bir müddət əvvəl əldə edilmiş atəşkəs rejiminə əməl olunması barədə razılaşmalarla və siyasi vasitələrlə nizamlanmaya nail olmaq barədə açıqlamalarla ziddiyyət təşkil edir. Biz hesab edirik ki, gərginliyin artması qəbulolunmazdır və qarşıdurma tərəflərini təmkin nümayiş etdirməyə, güc tətbiqindən imtina etməyə və vəziyyətin sabitləşməsinə yönəlmiş tədbirlər görməyə çağırırıq”.
Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin