Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 15 May 2021 15:54
"Fiorentina"nın prezidenti Rokko Kommisso klubun səhmlərini satışa çıxarıb.
Apasport.az saytının məlumatına görə, bunu Kommisso özü açıqlayıb.
O, ailəsinə olan təzyiqlər üzündən belə qərar qəbul edib. Klub rəhbəri hətta satış üçün şərtlərini də bildirib: "Klubu 170 milyon avroya aldım. Mühasibat şöbəsini düzəltmək üçün 80 milyon, idman mərkəzinin tikintisinə 85 milyon avro xərclənib. Amerikaya uçmaq və "Fiorentina"nı varlı florensiyalılara satmaq istəyirəm. Klubu 335 milyon avroya satıram, təklif 10 gün müddətində qüvvədədir və bu müddət ərzində 35 milyon avro depozit qoymağınız lazımdır. Alıcı mütləq florensiyalı olmalıdır".
Qeyd edək ki, "Fiorentina" İtaliya A seriyasında sona iki tur qalmış 39 xalla 13-cü pillədə qərarlaşır.