Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 16 May 2021 10:35
"Avroviziya" mahnı müsabiqəsində iştirak edəcək Polşa nümayəndə heyətinin üzvündə ötən gün "COVID-19" aşkarlanıb.
Sonxeber.net qafqazinfo-ya istinadən xəbər verir ki, sonuncu dəfə mayın 13-də test verən, lakin neqativ cavab alan deleqasiya əməkdaşı koronavirusa yoluxub.
O, səhiyyə və təhlükəsizlik əməkdaşının təkidi ilə karantinə götürülüb. Tədbir məqsədilə ölkə təmsilçisi daxil olmaqla heyətin digər üzvləri də PCR testindən keçəcək və karantinə alınacaq. Həmçinin Polşa deleqasiyası bu gün keçiriləcək rəsmi açılış mərasimində yer almayacaq.
Xatırladaq ki, bu il Polşanı Rafal "The Ride" mahnısı ilə təmsil edir.
Qeyd edək ki, bir müddət öncə Ukrayna adına yarışan Go_A qrupunun solisti Katerina Pavlenkonun da səhhəti pisləşmiş, onu məşqlərdə Emmie van Stijn əvəz etmişdi. Daha sonra sənətçinin test nəticələrinin neqativ olduğu açıqlanmışdı.
Xatırladaq ki, şüarı "Open up!" olan müsabiqənin yarımfinal mərhələləri may ayının 18-i və 20-də, final mərhələsi isə mayın 22-də Rotterdam (Niderland) şəhərində keçiriləcək.
Azərbaycan təmsilçisi Samirə Əfəndi birinci yarımfinalda çıxış edəcək.