Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 16 May 2021 17:20
Bakıda iş günü olmasına baxmayaraq onlayn növbə götürüb gələn jurnalistə "poliklinika bağlıdır" deyən tibb müəssisəsinin işçisinə töhmət verilib.
Sonxeber.net xəbər verir ki, bu barədə Səhiyyə Nazirliyindən bildirilib.
Qeyd edək ki, koronavirus əleyhinə vaksinasiya üçün randevu.its.gov.az saytında qeydiyyatdan keçən jurnalist Kamran Mahmudov ötən gün 39 saylı şəhər poliklinikasına yaxınlaşsa da, peyvənd oluna bilməyib. Buna səbəb kimi həmin vaxtda poliklinikada heç kimin olmaması və peyvəndləmə vaxtının bitməsi göstərilib.