Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 17 May 2021 10:36
"Təhsil Nazirliyi Kollegiyasının qərarı ilə mayın 17-dən Bakı, Sumqayıt, Şəki, Gəncə şəhərləri, Abşeron rayonunda ümumtəhsil qismən əyani təhsilə qayıtmışıq. Bununla əlaqədar bütün işlər görülüb. Ümumtəhsil müəssisələrində həftədə 2, ibtidai siniflərdə həftədə 3 dəfə olmaqla əyani tədris bərpa olunub. Xüsusi məktəblərdə həftədə 5 dəfə, məktəbdənkənar təhsil müəssisələrində aşağı və orta yaş olmaqla həftədə 2 dəfə əyani tədrisi bərpa etmişik".
Sonxeber.net bildirir ki, bunu APA-ya açıqlamasında Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdir müavini Xəyalə Əhmədzadə deyib.
O bildirib ki, təhsil müəssisələrində xüsusi karantin rejiminə uyğun bütün qaydalar həyata keçirilir: "410 mindən artıq şagird və 25 müəllim bu prosesə cəlb olunub".