Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Azad olunmuş ərazilərin ümumi enerji sisteminə qoşulacağı vaxt açıqlanıb - VİDEO

Azad olunmuş ərazilərin ümumi enerji sisteminə qoşulacağı vaxt açıqlanıb -  VİDEO

Tarix: 17 May 2021 12:00

Şuşa şəhərinin Azərbaycanın ümumi enerji sisteminə qoşulması, dayanıqlı və fasiləsiz elektrik enerjisi ilə təchiz edilməsi üçün yeni yarımstansiya tikilib. Bunun üçün Füzulidəki "Şükürbəyli" yarımstansiyasından Şuşaya ən çətin relyefdən keçməklə 75 km məsafədə 110 kV-luq ikidövrəli elektrik verilişi xətti çəkilərək istismara verilib.

Sonxeber.net xezerxeber.az-a istinadən bildirir ki, "Azərenerji" ASC-nin mətbuat katibi Teymur Abdullayev deyib ki, işğaldan azad edilmiş ərazilərdə elektrik təchizatının qurulması üçün 110 kV-luq ötürmə xətlərinin tikintisi aparılır. Hazırda bu istiqamətdə Kəlbəcər rayonunda da işlər davam etdirilir. Çətin, sıldırımlı, dağlıq relyefi, kəskin iqlim şəraiti olmağına baxmayaraq, işlərin böyük hissəsi artıq görülüb.

İşğaldan azad olunmuş ərazilərin ümumi enerji sisteminə qoşulması üçün görülən işlər ilin sonunadək yekunlaşacaq.

Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik:


Etiketlər:  Azad olunmuş ərazilərin ümumi enerji sisteminə qoşulacağı vaxt açıqlanıb VİDEO


RƏYLƏR