Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Azərbaycanda sertifikasiya imtahanının ləğv edilməsi tələb edilir - VİDEO

Azərbaycanda sertifikasiya imtahanının ləğv edilməsi tələb edilir - VİDEO

Tarix: 17 May 2021 12:16

Azərbaycanda bir qrup həkim sertifikasiya imtahanına qarşıdır. Onlar hesab edirlər ki, həkimlərin test üsulu ilə imtahan edilməsi mənasız və gərəksiz, imtahandan keçməyənlərin işinə xitam vermək isə tam haqsızlıqdır.

Sonxeber.net xezerxeber.az-a istinadən bildirir ki, həkimləri narahat edən  başqa bir məsələ isə sualların ixtisasa uyğun deyil, ümumi salınmasıdır.

Mövzuya münasibət bildirən Vəkillər Kollegiyasının üzvü Seymur Yusifli deyib ki, narazılığa səbəb mövcud qanunvericilikdə olan çatışmazlıqlardır.

Onun sözlərinə görə, beynəlxalq təcrübədə sertifikasiya sistemi yoxdur. Hətta qonşu Türkiyədə də həkimlər beynəlxalq təlimlərə, seminar və konfranslara cəlb olunaraq müəyyən bal toplayır və onun əsasında da qiymətləndirilir. Hazırda müxtəlif sosial şəbəkələr vasitəsilə bir araya gələn 5 minə yaxın həkim ölkəmizdə də yalnız bu sistemin tətbiqi üçün məsələnin hüquqi müstəvidə həllinə çalışır.

Səhiyyə Nazirliyi sertifikasiya komissiyasının rəhbəri Murad Mirzəzadə isə deyib ki, həkimlərə yalnız öz ixtisasına uyğun nəzəriyyədən 60, klinik təcrübədən 25 sual ünvanlanır.

Onun sözlərinə görə, nəzəriyyədən minimum 40, təcrübədən isə 16 sualın cavablandırılması şəxsin imtahandan keçməsi deməkdir. İki dəfə uğursuz nəticə göstərən həkimlərin isə işinə xitam verilir.

Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik:


Etiketlər:  Azərbaycanda sertifikasiya imtahanının ləğv edilməsi tələb edilir VİDEO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ